İslam aləminin ən mühim bayramlarından biri Qurban bayramıdır. Bu gün Azərbaycanda müsəlmanlar Qurban bayramını böyük coşqu ilə qeyd edirlər. Qurban Bayramı yalnız dini ibadətlərlə deyil, həm də sosial yardımlaşma və paylaşma ilə də yadda qalır. Hər il olduğu kimi, bu il də müsəlmanlar arasında birliyi, yardımlaşma və paylaşma ruhunu gücləndirən bu bayram ölkə boyu geniş miqyasda təşkil edilən dini mərasimlər və sosial fəaliyyətlərlə qeyd edilir.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dini etiqadlar, xüsusilə İslam dini ilə bağlı bir çox yazılı mənbələr, kitab nümunələri mühafizə olunur. Bu nümunələrdən tanınmış karikaturaçı rəssam Əzim Əzimzadənin muzeyin Təsviri materiallar fondunda qorunan “Qurban kəsilməsi” adlı əsərini təqdim edirik. Bu eksponat, bayramın mənəvi dəyərlərini və dini əhəmiyyətini əks etdirən qiymətli bir nümunədir.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, cansağlığı, firavan günlər və uğurlar arzulayır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.