AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-maarif şöbəsinin əməkdaşları təkcə məktəblilərlə deyil, həm də az yaşlı baxça uşaqları ilə də maariflənmə işləri aparırlar. Yanvarın 22-də Bakı şəhəri Səbail rayonu 130 saylı uşaq baxçasının uşaqları Milli Azərbaycan Tarixi Muzeyınə dəvət olunmuşdular.
Uşaqlarlı Elmi-maarif şöbəsinin əməkdaşları Nüşabə Əsədova və Ramiyə Həsənova uşaqları qarşılamışlar. Uşaqlar sanki nağıl dünyasına düşmüşdü. Ekspozisiyada gördükləri arxeoloji materiallar balacaları çox maraqlandımışdı. Onlar böyük həvəs və istəklə müəllimənin dediklərini dinləyib, öz vətəninin qədim tarixinə yaxınlaşıb onunla əyani şəkildə tanış oldular. Sonra uşaqlar Hacı Zeynalabdin Tağıyevin Memorial ev-muzeyini ziyarət etdilər. Burada da bir başqa nağıl dünyasına düşdülər. Onlara Hacı haqqında qısa məlumat verildi. Sonda uşaqlara və müəllimlərinə həvəsləndirici hədiyyələr – Milli Azərbaycan Tarixi Muzeyinin bələdçi kitabları və uşaq kitabları təqdim olundu. Belə tədbirlər uşaqların tariximizə və ümumiyyətlə bilik dünyasına daha da yaxın olmaqları üçün vacib məsələlərdən biridir və Muzeyimiz bu istiqamətdə işləri davam etdirəcək.
Mövzu ilə bağlı fotoşəkillərlə saytımızın “fotoqalereya” bölümündə tanış ola bilərsiniz.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.