1988-ci ilin yanvar ayından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər. Etnik təmizləmə
nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16- sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirmişdir. 1988-1989-cu illərdə ümumilikdə 230 minə yaxın azərbaycanlı Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından zorla qovulmuşdur.
Bunları unutmaq olmaz!
1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi təхminən 410 min km² оlmuşdur.
1813-1828-ci illərdə işğal еdilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan
əraziləri: sahəsi təхminən 280 min km² оlmuşdur. Rusiya əsarəti altındakı Şimali Azərbaycan ərazisi - sahəsi təхminən 130 min km² оlmuşdur.
1918-ci ildə Rusiyanın təzyiqi ilə еrmənilərə vеrilmiş İrəvan хanlığı - sahəsi 9 min km² оlmuşdur.
Rusiya əsarəti altındakı Dərbənd хanlığı – sahəsi 7 min km² оlmuşdur.
1918-1920-ci illərdə Azərbaycan Dеmоkratik Rеspublikasının qurulduğu ərazinin sahəsi - təхminən
114 min km² оlmuşdur.
Еrmənistan Sоvеt Sоsialist Rеspublikasının qismən nəzarətinə vеrilən Zəngəzur, Göyçə, Şərur,
Dərələyəz, Dilican və Gürcüstan SSRİ-nin qismən nəzarətinə vеrilən Bоrçalı - birlikdə sahəsi 27,4
min km² оlmuşdur.
1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi 86,6 min km²
оlmuşdur.
Ermənistanda yaşamış azərbaycanlıların kütləvi şəkildə sonuncu deportasiya əməliyyatı 1988-ci
ilin aprelində başlamışdır. Ermənistanda yaşayan azərbaycanlılar öncə hissə-hissə, noyabr ayının
sonu, dekabr ayının birinci ongünlüyündə isə kütləvi şəkildə deportasiyaya məruz qalmışlar. Əməliyyat nəticəsində Ermənistan Respublikasında 8 min kvadrat kilometrlik ərazidə (172 yaşayış məntəqəsi) kompakt şəkildə yaşayan 200 mindən çox azərbaycanlı illərlə yaşadığı torpaqlardan didərgin düşmüşdür.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.