XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2013
Bakıda tarixi və mədəni irsin mühafizəsi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir

 

Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin martında Bakı şəhərində "MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri" mövzusunda Beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,


konfransın işi "Müasir urbanizasiya şəraitində paytaxt şəhərlərin tarixi və mədəni irsinin mühafizəsi məsələləri", "Paytaxt şəhərlərin tarixi mərkəzlərinin idarə edilməsi modelləri və ümumdünya irsi", "Tarix və mədəniyyət abidələrinin şəhərin sosial-iqtisadi inkişafı baxımından səmərəli istifadəsi" mövzuları ətrafında sessiyalar şəklində təşkil olunacaqdır. Tədbirdə MDB-yə üzv dövlətlərin paytaxt şəhərlərinin merlərinin və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir Konfrans çərçivəsində eyni adlı mövzu üzrə fotosərginin təşkili də nəzərdə tutulmuşdur.