XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2013
Muzeyin uşaq bağçaları ilə əməkdaşlığı genişlənir

 

Milli Azərbaycan Tarixi Muzeyinin uşaq baxçaları ilə əməkdaşlığı genişlənir. Böyüklərin bir çoxu düşünür ki, bu yaşda uşaqları belə muzeylərə gətirmək hələ tezdir. Amma bu əsla belə deyil. Uşaq beyni ağ vərəq kimi olduğu üçün o, hər şeyi asanlıqla qavrayır və yaddaşına yazır. Məhs buna görə uşaqları elə kiçik yaşlarından mədəniyyət və biliyə doğru istiqamətləndirmək


lazımdır.“Xəzər” universiteti nəzdində fəaliyyət göstərən “Dünya Uşaq Bağçasi”nın bir qrup müəllim və uşaqları bu yaxınlarda Muzeyə ekskursiyaya gəlmişlər. Balacaları elmi maarif şöbəsinin əməkdaşları Nüşabə Əsədova və Aynur Əliyeva qarşıladı. İlk dəqiqədən muzeyin abu-havası uşaqların diqqətini cəlb etdi.        

 

Daş dövrünün arxeoloji materialları və etnoqrafiya əşyaları uşaqlarda müxtəlif təəssüratlar yaratdı. Onlar bu əşyaları haradasa gördükləri başqa bir əşya ilə müqayisə edərək öz mülahizələrini müəlliməyə bildirirdilər. Hacı Zeynalabdin Tağıyevin Memorial ev muzeyinə daxil olanda isə uşaqların diqqətini  çəkən ilk növbədə Hacının möhtəşəm porteti oldu: “Bu boyda adam olar? Bu kimdir?”- soruşdu biri. Kiçik bir məlumatdan sonra uşaqlar artıq bu adamın kim olduğunu bilib ona başqa bir nəzərlə baxdılar.

             Sonda uşaqlara və müəllimlərinə həvəsləndirici hədiyyələr – Milli Azərbaycan Tarixi Muzeyinin bələdçi kitabları və uşaq kitabları təqdim olundu.

             Belə tədbirlər uşaqların tariximizə və ümumiyyətlə bilik dünyasına daha  da yaxın olmaqları üçün vacib məsələlərdən biridir və Muzeyimiz bu istiqamətdə işləri davam etdirəcək.

 

Mövzu ilə bağlı fotoşəkillərlə saytımızın “fotoqalereya” bölümündə tanış ola bilərsiniz