Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri işıq üzü görmüşdür. Muzeyin Etnoqrfaiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulovanın “Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində” kitabı indiyədək Azərbaycan etnoqrafiyası və folklorşünaslığında geniş tədqiqatlara cəlb olunmayan mövzuya – atalar sözləri və xalq məsəllərinin etnoqrafik duyum-yozum kontekstində araşdırılmasına həsr olunmuşdur.
Ciddi axtarışlar, etnoqrafik müşahidələr, folklor ğrnəklərinə böyük ehtiramın nəticəsi kimi yazılan bu əsərdə Azərbaycan etnoqrafiyasının maddi mədəniyyət, sənətkarlıq, təsərrüfat məişəti problemləri haqqında söylənmiş atalar sözləri və xalq məsəllərinin həm birbaşa deyim-duyum məqamı, həm də onların etnoqrafik duyum-yozum kontekstində məna tutumu aşkar edilmişdir. Əsər elmi ictimaiyyət, pedaqoji işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nəfis tərtib olunmuş kitabda mövzuya uyğun olaraq etnoqrafik əşyalar, əmək alətləri, məişət əşyalarının fotoşəkilləri verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.