XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Fevral, 2013
Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən muzeylərin sayı 212-yə çatdırılmışdır

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq muzey işinin müasir tələblər səviyyəsində qurulması, yeni muzey binalarının tikintisi və əsaslı təmir-bərpası, muzeylərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, fondların komplektləşdirilməsi daim diqqət mərkəzindədir. Bütün bunların nəticəsidir ki, bu gün Mədəniyyət


və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən muzeylərin sayı 212-yə çatdırılmışdır. Nazirlik sistemində incəsənət profilli 13, ədəbiyyat profilli 7, tarix profilli 13, tarix-diyarşünaslıq profilli 68, döyüş şöhrəti profilli 6, ev-muzeyi profilli 46 muzey vardır. Heydər Əliyev mərkəzlərinin sayı isə 59-dur.