XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Fevral, 2013
Azərbaycanlı təyyarəçinin patenti

 

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Azərbaycan aviasiya tarixinə aid unikal sənədlə bağlı araşdırmalar aparılır. Belə ki, indiyənədək tariximizdə az məlum olan Əli Verdiyevin şəxsi sənədləri sırasında 1916-cı ildə ona verilmiş təyyarəçi patenti vacib yer tutur. Patentdən məlum olur ki, 1891-ci ilin yanvarın 1-də Yelizavetpol şəhərində (hazırki Gəncə)


anadan olmuş Əli Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən Əli Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür.

 

            Bu patentin mövcudluğu Azərbaycan aviasiya tarixinə yeni şəxsiyyətin adını yazmağa tam əas verir.

Muzeydə qorunan digər fotoşəkillərdən aydın olur ki, 1912-ci ildə Varşavada təhsil alan Verdiyev sonralar Parisə yollanmış, ehtimal ki, 1923-cü ilədək xaricdə olmuş, sonralar vətənə qayıtmışdır. Hazırda bu şəxsiyyətin həyat və fəaliyyətini araşdırmaq istiqamətində Muzeydə araşdırmalar davam edir.