Qara Əbülfəz oğlu Qarayev 1918- ci il fevral ayının 5-də Bakı şəhərində, görkəmli həkim, professor Əbülfəz Fərəc oğlu Qarayevin ailəsində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində almış, daha sonra bəstəkarlıq üzrə professor Rudolfdan və Azərbaycan xalq musiqisinin əsasları üzrə Ü.Hacıbəylidən dərs
almışdır. 1941-ci ildə Q.Qarayev Cövdət Hacıyevlə birgə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor D.D.Şostakoviçin bəstəkarlıq sinfində təhsilini davam etdirmişdir. Bəstəkarın şah əsərləri - “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması ölkəmizin hüdudlarından çox-çox uzaqlarda - keçmiş Sovetlər məkanının müxtəlif şəhərlərində, habelə Misir, Bolqarıstan, Rumıniya, Çexoslovakiya və b. ölkələrin səhnələrində tamaşaya qoyulmuş, müxtəlif beynəlxalq festivallarda ifa olunmuş qrammafon vallarına yazılmışdır. Ü.Hacıbəylidən sonra milli musiqimizin və Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında əvəzsiz xidmətlər göstərən Q.Qarayev öz əsərləri ilə Azərbaycanın sərhədlərini aşaraq dünya şöhrəti qazanmışdır. XX əsrin görkəmli bəstəkarı, ictimai xadim və pedaqoqu, dərin düşüncəyə malik, intellektual musiqiçi – alim və publisist Q.Qarayevin bir tək Azərbaycan musiqisinin deyil, bütövlükdə müasir bəstəkar yaradıcılığının inkişafındakı rolu əvəzsizdir. Onun özünəməxsus yaradıcılığı Azərbaycan mədəniyyətini dünyəvi musiqi prosesi ilə birləşdirən körpü rolunu oynamışdır. Q.Qarayevin görkəmli ictimai musiqi xadimi kimi səmərəli fəaliyyəti çox diqqətəlayiqdir. O, uzun illər SSRİ Bəstəkarlar İttifaqının katibi, 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki, 1955-1976-cı illərdə IV-IX çağırışlar SSRİ Ali Sovetinin deputatı olmuşdur. 35 il Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərən Q.Qarayev 70-ə qədər professional bəstəkar yetişdirmişdir. XX əsr Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə SSRİ Dövlət mükafatı laureatı, “Əməkdə igidliyinə görə” medalı, 1955-ci ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSRin Xalq artisti, 1959-cu ildə SSRİ Xalq artisti, 1961-ci ildə “Qırmızı Əmək Bayrağı”, 1967-ci ildə “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı, 1971- ci ildə “Oktyabr inqilabı” ordenləri ilə mükafatlanmış, 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. Qara Qarayev 1982-ci il may ayının 13-də vəfat etmişdir.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
qara-qarayev.musigidunya.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.