XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Fevral, 2013
Muzey materialları yeni nəşrdə

 

   Milli Azərbaycan Tarixi Muzeyinin inciləri bu yaxınlarda nəfis tərtibatda çap olunmuş “Şedevrlər” kitabında əks olunmuşdur. Belə ki, Heydər Əliyev Fondunun hazırladığı “Azərbaycanın mədəni irsi”  silsiləsində nəşr olunan kitabda Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika, Silahlar və bayraqlar, Xüsusi fondlarında qorunan trixi və mədəni baxımdan ən dəyərli və qiymətli


əşyaların fotoşəkilləri verilmiş, hər bir eksponat barəsində lakonik məlumat çap olunmuşdur. Xarici ölkələrin vətəndaçlarını Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək məqsədilə hazırlanan və nəşr olunan kitablar xalqımızın şanlı tarixi keçmişi, gözəllik duyumu, çoxşaxəli sənətkarlıq ənənələri barədə təsəvvür yaradır. Kitabın mətni Muzeyin direktoru akademik N.Vəlixanlı, baş mühafiz M.Zeynalova, numizmatika fondunun müdiri Ə.Rəcbli tərəfindən hazırlanmış, bədii fotoşəkillərin müəllifləri M.Rəhimov, R.Əlizadə, R.Nəbiyevdir. 

 

            Kitab ingilis, fransız və italyan dillərində çap olunub.