XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Fevral, 2013
Muzeyimizin sərgisi Çexiyanın saytlarında

2012-ci il dekabrın 19-da Çexiyanın Ostrava şəhər muzeyində açılışı olmuş "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərgidə Mili Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Xalça və tətbiqi-sənət muzeyinin eksponatları çexiyalıların böyük marağına səbəb olmuşdur. Muzeyimizin saytının “Muzey KİV-də” blokunda 2012-ci ilin dekabrında Çexiya mətbuatında sərgi ilə bağlı


çap olunmuş materiallarla tanış olmaq olar. Bununla belə sərgi ilə maraq elə böyükdür ki, mətbuatda yeni materiallar dərc olunur. Ölkənin i-novojicinsko.cz, reality projeny.cz, sedesatka.cz, vltava saytlarında 2013-cü ilin yanvarında yeni məqalələr yerləşdirilmişdir. Maraqlıdır ki, http://lenkaov.rajce.idnes.cz/1.2.2013_Zeme_vecneho_ohne,_Ostravske_muzeum   ünvanlı saytın müəllifinə sərgi o dərəcədə xoşuna gəlmişdir ki, o, burada sərgidən çəkilmiş 115 nəfis foto yerləşdirmişdir.