XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Fevral, 2013
Muzeydə Şuşa məktəbliləri ilə açıq dərs

 Şuşa rayonu 4 № -li orta məktəb şagirdləri ilə Muzeydə açıq dərs keçirildi.Belə ki, məktəbin müdiri Gülmirə Ağayeva başda olmaqla məktəbin müəllim və şagirdləri Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında “Ağqoyunlu dövləti” mövzusu üzrə açıq dərs keçirmişlər.Dərsi məktəbin tarix müəllimi Aynur Zeynalova aparırdı. Aynur xanım dərsi danışaraq şagirdlərə həmçinin sualllar verir və


onlardan dolğun cavablar alırdı. Hiss olunurdu ki, sagirdlər mövzuya həvəslə qulaq asır, Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edən Ağqoyunlu dövləti ilə bağlı bütün məqamları öyrənməyə çalışırlar.

 

Maraqlıdır ki, sagirdlər göstərilən mövzuyla bağlı səhnəcik də hazırlamışlar. Səhnəcikdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunun Osmanlı sultanı Fateh Sultan Mehmedin yanına danışığa getməsi səhnəsi canlandırılmışdı. Şagirdlərdən Mustafayev Əli, Mustafayeva Xumar, Səfərova Nərmin, Qasımzadə Günel səhnəciyi  ifa edərək qəhrəmanları bacardıqları kimi canlandırdılar. Daha sonra Muzeyin Elmi maarif şöbəsinin əməkdaşı Əsədova Nüşabə uşaqlara Azərbaycanın görkəmli oğlu, sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında danışdı.Elmi maarif şöbəsinin digər əməkdaşı – muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova uşaqlarla fənnlərarası vəhdəti əsas götürməklə disskusiya şəklində söhbət apardı. Müzakirə uşaqlarda böyük maraq oyatdı.Şöbənin digər əməkdaşları Ramiyə Həsənova və Aynur Əliyeva uşaqlara muzeylə bağlı bukletlər, kataloqlar hədiyyə etdilər.

Qeyd etmək lazımdır ki, belə tipli dərslər uşaqları əyani olaraq tariximizlə tanış edir, onları unudulmaz təəsüratlar bağışlayaraq vətən tarixi ilə dərindən maraqlanma dəvət edir.  

 

Tədbirin fotoşəkilləri ilə Muzey saytının “FOTOQALEREYA” bölümündə tanış olmaq olar.