16-18 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində “Tikmə sənəti” adlı beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tədqiqatçıların qatıldığı beynəlxalq konfransda Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova “Тамбурная вышивка и ее художественные особенности (на основе материалов Национального музея истории Азербайджана)” (“Təkəlduz tikmələri və onların bədii tərtibatı (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”) mövzusunda məruzə ilə çıxış edib. S.Nəsirova çıxışında qeyd edib ki, “Milli Azərbaycan Tarixi Muzeyində qorunan təkəlduz tikmələri hər birində Azərbaycanın bölgələrinə xas olan unikal naxışların və simvolların işlənməsi ilə fərqlənir. Həmin nümunələr həm zərif tikmə texnikası, həm də xalqın estetik düşüncəsini əks etdirən mədəni irsi özündə daşıması ilə seçilir”. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Konfrans zamanı akademik sessiyalarda “Dünya xalqlarının bədii tikmə ənənələri”, “Müxtəlif ölkələrin yerli tikmə məktəbləri”, “Tikmə sənətində təsvir və naxışların semantikası”, “Tikmə ənənəvi geyim bəzəyi kimi”, “Tikmələrin bərpa və konservasiyası”, “Tikmə sənəti müasirlik kontekstində” kimi mövzular müzakirə olunub.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.