XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Fevral, 2013
Yeni Azərbaycan Partiyası Milli Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının üzvləri YAP Səbail rayon təşkilatının 20 illiyi ilə əlaqədar tədbirdə iştirak etdilər

 

2013-cü il  fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında YAP Səbail rayon təşkilatının 20 illiyi münasibətilə keçirilən tədbirdə YAP Milli Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının üzvləri – P.Əzimova, B.Əmrullah qızı, A.Məmmədova, S.Dostiyeva və A.Abdullayeva iştirak etmişlər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədri Zahid


Qaralov, Milli Məclisin Elmvə Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digərlərinin məruzələrində Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salınaraq, partiyanın fəaliyyətindən, ölkə həyatına göstərdiyi müsbət dəyişiklərdən söhbət açılmış, mövcud problemlərdən və gələcək perpektivlərdən bəhs edilmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilmiş və tədbir iştirakçılarının ölkə başçısı İlham Əliyevə ünvanlandığı müraciət səsləndirilmişdir.

 

  

 

Məmmədova Aygün

AMEA Milli Azərbayсan Tarixi Muzeyinin əməkdaşı