Milli Məclisdə 2012-ci il 21 dekabr tarixdə qəbul olunan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib. Dövlət başçısı 2013-cü il fevralın 15-də "Mədəniyyət haqqında" yeni qanunun tətbiqi barədə Fərman imzalayıb. Fərmanda Nazirlər
Kabinetinə altı ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayıb və dövlət başçısına təqdim etmək tapşırılıb. Nazirlər Kabineti qanunun 12-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Həmçinin qanunun 22.3-cü maddəsinə uyğun olaraq, milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı qaydası müəyyən edilməli və bu barədə dövlət başçısına məlumat verilməlidir. Qanunun müvafiq maddələrinə uyğun olaraq, mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi, habelə mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi qaydaları da Nazirlər Kabineti tərəfindən müəyyən olunmalıdır. Nazirlər Kabineti qanunun 47.1-ci maddəsinə uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakının siyahısını təsdiq edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Yeni qanunun qüvvəyə minməsi ilə "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 1998-ci il 6 fevral tarixli Qanunu qüvvədən düşüb.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.