Tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilmişdir. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni separatçıları yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirmiş, zaman-zaman öz torpaqlarından deportasiya etmişlər.1992-ci il fevralın
25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Fevralın 25-də Muzeyin Konfrans zalında Xocalı faciəsinin qurbanlarına həsr olunan tədbir keçiriləcək. Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş tədbirdə bu qanlı tarixi faciəni əks etdirən məruzələr dinləniləcək, videogörüntülər nümayiş etdiriləcək və Xocalı hadisələrinin canlı şahidləri başlarına gətirilən müsibətlərdən söhbət açacaqlar. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş şeirlər və mahnılar səsləndiriləcəkdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.