Çexiyanın Ostrava şəhər muzeyindən Milli Azərbaycan Tarixi Muzeyinə verilən xəbərə əsasən bu Avropa şəhərində bu gün, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilicək. Ostrava şəhər muzeyinin qarşısında tarixi sənədlərin surətləri və fotolardan ibarət stendlər qurulacaq. Həmçinin tədbir zamanı “Xocalıya ədalət” rep üslublu klipin,
Ermənistanın Azərbaycana qarşı təcavüzünü nümayiş etdirən müvafiq videomaterialların nümayişi nəzərdə tutulur. 1942-ci ildə hitler faşıstləri tərəfindən məhv edilmiş Çexiyanın Lidise şəhəri ilə 1992-ci ildə erməni faşistləri tərəfindən məhv olunmuş Xocalı şəhəri ilə keçiriləcək müqaisə bir daha nümayiş etdirir ki, öz qəddarlığı və vəhşiliklərinə görə erməni faşizmi heç də hitler faşizmindən geri qalmır.Çexiya vaxtı ilə 16.30 Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılacaq, şəhidlərin xatirəsinə şamlar yandırılacaq. Tədbirdə Azərbaycanın Çexiyadakı səfirliyinin və Ostrava şəhər muzeyinin rəsmilərinin iştirakı nəzərdə tutulub. Xatıraladaq ki, hazırda Ostrava şəhər muzeyində Milli Azərbaycan Tarixi muzeyinin 150-dən çox eksponatından ibarət sərgi davam edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.