Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmişdir.
Xalçaçılıq sənəti Azərbaycanın ən qədim və zəngin xalq sənət növlərindən biridir. Azərbaycan xalçaları əsasən yun, pambıq və ipək kimi təbii materiallardan toxunur və onların üzərində müxtəlif simvolik naxışlar – "göl", "buta", "çinar yarpağı" və digər milli motivlər təsvir olunur. Bu naxışlar xalqın tarixini, dünya görüşünü və estetik zövqünü özündə əks etdirir. Azərbaycan Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz özünəməxsus xalça məktəbləri ilə tanınır. Hər bir xalça məktəbi rəng seçimi, naxış üslubu və texnika baxımından fərqli xüsusiyyətlərə malikdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda hazırda 750-dən çox xalça və xalça məmulatı nümunəsi qorunur. Bu kolleksiya Azərbaycan xalçaçılıq sənətinin müxtəlif dövrlərini və üslublarını əhatə etməklə yanaşı, həm də xalqımızın estetik düşüncəsinin inkişafını nümayiş etdirir. Fondda, həmçinin xarici ölkələrin rəsmi nümayəndə heyətləri tərəfindən muzeyə hədiyyə edilən nadir xalçalar da mühafizə olunur. Bu eksponatlar xalça sənətinin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Muzeyin Bərpa laboratoriyasında isə xalça sənətinin qorunub saxlanması istiqamətində mühüm işlər həyata keçirilir. Təcrübəli bərpaçılar – Qənirə Məmmədova, Məlahət Əliyeva və Gülnarə Məmmədova qədim xalçaların ilkin görünüşünü bərpa edir və bu sənət nümunələrinin gələcək nəsillərə çatdırılmasına töhfə verirlər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.