AMEA rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, martın 5-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Hacı Zeynalabdin Tağıyev bir messenat kimi” mövzusunda növbəti elmi seminar keçirildi. Tədbirdə Hacı Zeynalabdin Tağıyev və onun ailə üzvlərinin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirildi.
Seminarda böyük xeyriyyəçi və mütərəqqi maarifpərvər Hacı Zeynalabdin Tağıyev haqqında ətraflı məruzələr dinləndi. Seminarın gedişində həmçinin, muzeyin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov çıxış edərək Hacı Zeynalabdin Tağıyevi tanıtmaq, yaşatmaq üçün qarşıda hələ çox işlərin görülməsinin zəruriliyini qeyd etdi. Rafael Hüseynov Hacı Zeynalabdin Tağıyevin mədəniyyət və maarif sahəsində xeyriyyəçilik fəaliyyətini əks etdirən xatirə və materialların toplanılması, sistemləşdirilməsi, ayrıca kitabça halında nəşri üçün muzeydə xüsusi araşdırma qrupunun yaradılmasını təklif etdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.