XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Mart, 2013
“Arşın mal alan”ı necə oğurlayırdılar” adlı broşur hazırlanıb

“Arşın mal alan”ı necə oğurlayırdılar” Martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində açılışı planlaşdırılan ““Arşın mal alan”: dövr, insanlar, personajlar” adlı sərgi çərçivəsində Muzey tərəfindən bir sıra çap məhsulları hazırlanmışdır. Onlar arasında rus dilində tərtib olunmuş “Arşın mal alan”ı necə oğurlayırdılar” («Как воровали «Аршин мал алан») adlı broşur xüsusi yer tutur.


Broşura daxil olmuş məqalələr dahi Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyovun dünya şöhrətli “Arşın mal alan” operettasının ermənilər tərəfindən mənimsənilməsi faktlarını açıqlayır. Bələ ki, burada Müəllif hüquqları üzrə Dövlət agentliyinin sədri Kamran İmanovun “Mənimsədi...“, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdinin “Mal alanın arşın uğurları”, həmçinin Qarabağ sənədlərdə saytının “Sən oğrusan!” məqalələri öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, 1913-cü ildə yazılan operetta qısa müddət ərzində təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da şöhrət tapmışdır. Azərbaycan mədəniyyətinin ən gözəl və unikal nümunələrini oğurlamağa, öz adlarına çıxmağa öyrəşmiş erməni mədəniyyət “xadimləri” buna göz yuma bilmədilər. Artıq 1916-cı ildən başlayaraq operetta erməni dilinə tərcvümə olunaraq əvvəlcə əsl müəllif – Ü.Hacıbəyovun adı göstərilmədən, daha sonra isə erməni müəlliflərinin adı göstərilməklə tamaşaya qoyulmağa başladı.

 

Broşurda verilmiş tarixi faktlar, dövrün mənbələrindən iqtibaslar, həmçinin plaqiat afişaların təsvirləri erməni şovinistlərinin bütün, o cümlədən mədəniyyət sahəsində Azərbaycan xalqına qarşı apardıqları iyrənc təcavüzü əyani surətdə nümayiş etdirir.