Martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində açılışı olacaq və “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunmuş “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisinin son tamamlama işləri başa çatıb.
Məqsədi dünya mədəniyyəti tarixində “Arşın mal alan” operettasının yerini, həmçinin onun yarandığı dövrü əks etdirmək olan sərgidə muzey fondlarından 230-dan artıq eksponat nümayiş olunur. Sərgi ilə bağlı Muzey tərəfindən reklam xarakterli məhsullar (iki növ posterlər, azərbaycan, rus, ingilis dillərində flayerlər, roll-up, orijinal dəvətnamələr), həmçinin çap məhsulları olan “Как воровали Аршин мал алан” broşürü və sərginin bələdçi bukleti hazırlanmışdır. Sərginin bələdçi bukleti sərgi ilə bağlı məlumatlar verirsə, “Как воровали Аршин мал алан” broşürü ermənilər tərəfindən operettanın oğurlanması ilə bağlı faktları açıqlayır.Ekpozisiya Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında “Arşın mal alan” operettasının yaradılma tarixi ilə tanışlıqla yanaşı, o dövrün tarixinə daxil olmaq imkanını da verir.Sərgi martın 12-də «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda beynəlxalq elmi simpoziumun açılışı günü fəaliyyətə başlayacaq və iki ay ərzində qonaqların üzünə açıq olacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.