Milli Azərbaycan Tarixi Muzeyində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dünya şöhrətli əsəri – “Arşın mal alan” operettası ilə bağlı nadir eksponatlar qorunur.
Bu eksponatlar sırasında ən qiymətlisi 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında oxuduğu dövrdə yazdığı operettanın ilk süjeti, librettonun ilk formasının yazdığı dəftərdir. Sadə xarici görünüşü olan şagird dəftəri əslində Azərbaycan musiqi və teatr tarixinin ən vacib və önəmli tarixi mənbələrindəndir. Hazırda dəftər Muzeydə fəaliyyət göstərən “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisində nümayiş olunur. Martın 12-də açılışı olmuş sərgi mayın 19-dək tamaşaçıların üzünə açıqdır. 1913-cü ildə tamaşaya qoyulan operetta qısa zaman ərzində böyük populyarlıq qazanmış və geniş yayılmışdır. Operettanın ideyası dəyişikliklərə məruz qalmasın deyə onun librettosu 1916-cu ildə kitab şəklində çap olunmuşdur. Vitrində həmin librettonun əslini görmək olar. Vitrində həmçinin operettaya həsr olunmuş və 1938-ci ildə nəşr olunmuş kitab, dahi bəstəkara məxsus olmuş təltif və xatirə nişanları nümayiş olunurlar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.