XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Mart, 2013
Muzey əməkdaşı arxeoloji qazıntılarda iştirak etmişdir

Nasir Quluzadə Muzeyin Arxeologiya elmi fond şöbəsinin əməkdaşları mütəmadi olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyalarının tərkibində Azərbaycanın müxtəlif bölgələrində aparılan çöl-tədqiqat işlərində yaxından iştirak edirlər. Belə ki, adı çəkilən şöbənin müdiri, t.ü.f.d. Nasir Quluzadə “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası”nın daimi üzvü olaraq bu yaxınlarda Ağdam rayonunda aparılan kəşfiyyat səfərindən qayıtmışdır.


O, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və ekspedisiyanın rəisi t.ü.f.d. Xəqani Alməmmədovla birlikdə rayonda mövcud olan abidələrin elektron qeydiyyatını həyata keçirilməsində iştirak etmiş, xeyli sayda yerüstü material – saxsı fraqmentləri, dəvəgözü parçaları və daş məmulatı toplamışdır. Toplanmış materiallar əsasında müəyyən olunmuşdur ki, qeydiyyata alınmış 44 abidədən 38-i məhz eneolit dövrünü təmsil edir. Bu abidələrin əksəriyyəti yaşayış məskəni, qalanı isə kurqanlardır. Kəşfiyyat səfəri çərçivəsində İKT avadanlıqlarından istifadə olunmaqla bu abidələrin elektron xəritəsi də tərtib olunmuşdur. Ümumilikdə, “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası” 2010-cu ildən bu günə kimi 850 kv km ərazidə 138 abidəni elektron qeydiyyata almışdır ki, onlardan təqribən yüzü eneolit dövrünə aiddir.