Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə Azərbaycan milli dəyərlərinin öyrənilməsi və təbliğ olunmasına xüsusi diqqət yetirilirdi. Belə ki, kompleks tədbirlər həyata keçirilməklə Azərbaycan dili inkişaf etdirilir, milli adət-ənənələr təbliğ olunur, milli mədəniyyətimizin ən gözəl nümunələri dövlət səviyyəsində dəstəklənirdi.
Milli Azərbaycan Tarixi Muzeyində təkcə mədəniyyət tariximiz deyil, dövlətçilik tariximiz baxımından da vacib əhəmiyyət kəsb edən eksponat qorunur. Bu 1919-cu il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyi münasibəti ilə oynanılmış “Arşın mal alan” operettasının proqramıdır. Belə ki, Azərbaycan mədəniyyətinin ən gözəl nümunələrindən olan “Arşın mal alan” operettası 1913-cü ildən başlayaraq dəfələrlə tamaşaya qoyulmuşdur. 1918-ci ildən başlayaraq Dövlət teatrında mütəmadi olaraq səhnələşdirilən operettanın ən möhtəşəm və təntənəli tamaşaı 1919-cu il mayın 27-də baş tutmuşdur. Tamaşanın müstəqilliyin 1 illiyinə həsr olunmuş tədbirlər sırasına salınması həm dövlətin milli opera-teatr sənətinə olan diqqətini, həm də “Arşın mal alan”ın tutduğu önəmli yerdən xəbər verir.
Tarixi sənəd ilə Milli Azərbaycan Tarixi Muzeyində mayın 19-dək davam edəcək “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisində tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.