XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Aprel, 2013
Çexiyanın Ostrava şəhərində keçirilən “Əbədi odlar yurdu Azərbaycan” adlı sərgi sona çatdı

Çexiyanın Ostrava şəhərində keçirilən “Əbədi odlar yurdu Azərbaycan” adlı sərgi 2012-ci il dekabrın 18-də Çexiyanın Ostrava şəhərində təntənəli açılışı olmuş “Əbədi odlar yurdu Azərbaycan” adlı sərgi sona çatdı. Belə ki, sərgidə Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət xalqça və xalq-tətbiqi sənəti muzeyinin eksponatları – Azərbaycan tarixi və mədəniyyətini bariz surətdə nümayiş etdirən incilər nümayiş olunmuşdur.


         Ostrava şəhər muzeyindən aldığımız məlumata görə sərginin davam etdiyi 3 ay ərzində onunla 6500 (!) nəfərdən artıq çexiyalı və xarici turistlər tanış olmuşlar. Çexiyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılan sərgi minlərlə müsbət tamaşaçı rəyini qazanmış, internet səhifələrində müzakirə mövzusuna çevrilmişdir. Bir çox tamaşaçı sərgi ilə tanış olandan sonra çəkdikləri fotoşəkillərlə internet səhifələrində bölüşmüş, bununla da Azərbaycanın tarix və mədəniyyətinin daha da geniş auditoriyaya yayılmasına köməklik etmişlər.

         Sərgi çərçivəsində çex dilində ikicildlik məqalələr toplusu çap olunmuşdur ki,  onun 1-ci cildində Milli Azərbaycan Tarixi Muzeyi, 2-ci cildində Azərbaycan Dövlət xalqça və xalq-tətbiqi sənəti muzeyinin eksponatları barədə məlumatlar verilmişdir.