“Arşın mal alan” operettasının müəllifi,
Azərbaycan musiqisində köklü dönüş yaratmış dünya şöhrətli dahi bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan ÜZEYIR bəy HACIBƏYOV dünya, müsəlman Şərqi və Azərbaycan tarixinə aşağıda göstərilən bir sıra rekordlarla daxil olmuşdur
Üzeyir bəy Hacıbəyov DÜNYADA:
-- opera yazmış ilk müsəlman bəstəkardır
-- musiqi əsəri ən çox tamaşaya qoyulmuş dünya bəstəkarlarındandır (1908-2008-ci illərdə “Leyli və Məcnun” operası 20 min dəfə tamaşaya qoyulub)
-- musiqi əsəri ən çox ekranlaşdırılan dünya bəstəkarlarındandır (“Arşın mal alan” operettası əsasında 5 bədii film çəkilib: 1916- Rusiya, 1937- ABŞ, 1945- SSRİ (Bakı), 50-ci illər – Çin, 1965 – SSRİ (Bakı)).
-- dünya teatrlarında ən çox tamaşaya qoyulan operetta müəlliflərindəndir (“Arşın mal alan” operettası 76 ölkənin 187 teatrında tamaşaya qoyulub)
-- musiqi əsərinə çəkilmiş bədii film dünyada ən populyar filmlər sırasındadır (1945-ci il istehsalı “Arşın mal alan” bədii filmi 86 dilə dublyaj olunaraq 150-ə yaxın ölkələrdə nümayiş olunmuşdur).
Üzeyir bəy Hacıbəyov MÜSƏLMAN ŞƏRQINDƏ :
-- opera sənətinin əsasını qoymuşdur (1908-ci ildə "Leyli və Məcnun" operası ilə)
-- muğam operası janrının banisidir
-- şifahi xalq musiqi sənəti şəklində mövcud olan Şərq musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir
-- qadın hüquqlarına həsr olunmuş ilk operettaların müəllifidir (“O olmasın, bu olsun”, 1910; “Arşın mal alan”, 1913)
-- öz əsərində qadın ifaçıya rol vermiş ilk müsəlman bəstəkardır (1912-ci ildə müğənni Şövkət Məmmədoya operalarında rol verməklə).
Üzeyir bəy Hacıbəyov AZƏRBAYCANDA:
-- ilk musiqi məktəbi – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir (1921 il).
-- ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmışdır (1926 ildə, Azərbaycan Dövlət Konservatoriyası nəzdində)
-- Azərbaycan yazıçı, dramaturq və bəstəkarları sırasında əsəri ən çox tamaşaya qoyulmuş müəllifdir (1908-2008-ci illərdə “Leyli və Məcnun” operası 20 min dəfə tamaşaya qoyulub)
-- multimediya janrında aranjman edilmiş ilk Azərbaycan əsərinin müəllifidir (“Leyli və Məcnun” operası 2008-ci ildə Qətərin Doxa şəhərində aranjman edilib)
-- Avropada əsəri tamaşaya qoyulan ilk Azərbaycan müəllifidir (“Arşın mal alan” operettası 1925-ci ildə Parisdə “Femina” teatrında tamaşaya qoyulub)
-- plaqiata ən çox məruz qalmış Azərbaycan bəstəkarıdır (“Arşın mal alan” operettası ermənilər tərəfindən 1916-cı ildən başlayaraq yüzlərlə dəfə “erməni əsəri” kimi qələmə verilmişdir)
-- opera əsərindəki rəqs səhnələri ilə milli balet janrının yaranmasına səbəb olan bəstəkardır (“Koroğlu” operasının rəqsləri milli balet janrının yaranmasını sürətləndirdi)
-- dünya musiqi tənqidçiləri tərəfindən dünyanın dahi bəstəkarları siyahısına adı salınan ilk Azərbaycan bəstəkarıdır (1937-ci ildə, “Koroğlu” operasının premyerasından sonra)
-- SSRİ məkanında əsərləri aparıcı opera teatrlarının səhnəsində qoyulmuş ilk Azərbaycan bəstəkarıdır (1940-cı ildən sonra “Koroğlu” operası ilə)
-- ABŞ populyar radiokanallarında əsərləri tam olaraq ən çox səslənmiş Azərbaycan bəstəkarıdır (“Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Korğolu” əsərləri)
-- ilk xalq mahnıları toplusunu - “Azərbaycan Türk El Nəğmələri” məcmuəsini nəşr etdirmişdir (1927 ildə, M.Maqomayevlə birgə)
-- ilk Azərbaycan notlu xalq çalğı alətləri orkestrini təşkil etmişdir (1931 ildə, Azərbaycan Radio Komitəsi yanında)
-- ilk dəfə olaraq klassik opera əsərinə kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər daxil etmişdir (1937 ildə, “Koroğlu” operasında)
-- ilk dəfə simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur (1937 ildə, “Koroğlu” operasında)
-- Azərbaycan musiqili komediya janrının yaradıcısıdır
-- müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuşdur
--Azərbaycan musiqisində romans-qəzəl musiqi janrının banisidir (“Sənsiz”, 1941; “Sevgili canan”, 1943).
-- musiqi sahəsində ilk akademikdir
-- musiqi əsərlərinə ən çox bədii film çəkilmiş Azərbaycan bəstəkarıdır – “Arşın mal alan” (5 film), “O olmasın, bu olsun” (1 film)
-- Azərbaycan Respublikasının 1918-1920-ci illər, 1930-1944-ci illər, 1944-1991-ci illər, 1992-ci ildən rəsmən qəbul olunan bütün himnlərinin müəllifidir
-- Azərbaycan xalq musiqisinə həsr olunmuş ilk elmi əsərin müəllifidir (“Azərbaycan xalq musiqisinin əsasları”, 1945 il)
-- Üzeyir Hacıbəyovun ad günü respublikamızda Azərbaycan Musiqisi Günü kimi qeyd olunur (18 sentyabr)
-- sovet hakimiyyəti illərində Azərbaycanın Dövlət Mükafatı Ü.Hacıbəyovun adını daşıyırdı
-- müstəqillik illərində mədəniyyət sahəsində Azərbaycanın Dövlət Mükafatı Ü.Hacıbəyovun adını daşıyır
-- Azərbaycan musiqi xadimləri sırasında xaricdə ən çox abidələri olan bəstəkardır.
-- adına Beynəlxalq musiqi festivalı keçirilən ilk Azərbaycan bəstəkarıdır
-- Azərbaycan xadimləri sırasında özünün və əsərlərinin yubileyləri UNESKO xətti ilə bütün dünyada ən çox qeyd olunan mədəniyyət xadimidir (1985-ci ilin mühüm hadisələri təqviminə əsasən UNESKO-nun qərarı ilə Ü.Hacıbəyovun yubileyi; 2009-cu ildə “Leyli və Məcnun” operasının 100 illiyi; 2010-cu ildə Ü.Hacıbəyovun anadan olmasının 125 illik yubileyi Azərbaycanda və dünyada təntənə ilə qeyd edildi; 2013-cü ildə “Arşın mal alan” operettasının 100 illiyi beynəlxalq miqyasda qeyd edilir).
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.