Azərbaycanın şimal hissəsində, Quba - Xaçmaz iqtisadi rayonu tərkibində yerləşən Şabran (Dəvəçi) rayonunun orta əsrlərdə zərbxana olaraq fəaliyyət göstərməsi numizmatik abidələrlə təsdiqini tapır. Bu barədə məlumatlar Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan nadir sikkələr- Şabran zərbxanasının unikal sikkələri – bilon dirhəm və mis fels əsasında müəyyən edilib. Şirvanşah Salar Yəzid oğlunun (hicri 441 - 456 = 1049 - 1063) hakimiyyəti dövründə işlək sikkəyə olan tələbatı ödəmək üçün 4,7 – 5,1 q çəkili dairəvi bilon dirhəmlər zərb edilirdi. Belə sikkələrə ərəb qrafikası ilə şirvanşahın öz adı, atasının, babasının adları, titulu (şirvanşah, məlik), İslam yazıları (Allahdan başqa ilah yoxdur, o təkdir, şəriki yoxdur, Məhəmməd Allahın elçisidir), Abbasi xəlifəsi – əl-Qaimin (1031 - 1075) adı və titulu (möminlərin əmiri), zərbxana, hicri təqviminə uyğun zərb tarixi (sözlərlə) də həkk edilirdi.
Uzun illik hakimiyyətə malik olan Şirvanşah Salar Yəzid oğlunun hakimiyyəti dövründə zərb edilən sikkələrdəki yazılara əsasən o, “müharibə atası” adına malik idi. Dövrün yazılı mənbələri və numizmatik tapıntılarına əsasən, Şabran zərbxanasından əlavə Bakı, Şamaxı, Şirvan və d. şəhərlərdə həm dairəvi, həm də digər formalı, daha aşağı çəkili (0,8 - 3,1 q) bilon dirhəmlər də zərb edilirdi. Şabran zərbxanasının XIII - XIV əsrlərə aid unikal, nadir numizmatik faktlarından biri də ərəb qrafikası ilə zərbxananın həkk edildiyi, 2,5 q çəkili mis felsdir. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan bu felsin bir üzünə “Şabran”sözü, digər üzünə isə sola yönəlmiş heyvan təsviri həkk edilib.
Orta əsrlərdə yüksək iqtisadi potensiala malik Şirvanın irsi hakimləri – şirvanşahların əmri və daxili əmtəə bazarının ehtiyacını ödəmək məqsədi ilə zərb edilən Şabran sikkələri Cənubi Qafqazın müxtəlif bölgələrində aşkarlanıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.