Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova 9-12 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində, Çin Milli Muzeyi tərəfindən təşkil olunan IV Qlobal Muzey Direktorları Forumunda iştirak edib.
Forumun “Təhsilin gücləndirilməsi: qlobal vətəndaşların və gələcəyin dialoq qurucularının yetişdirilməsi” adlı panel iclasında S. Nəsirova “From Preserving the Past to Shaping the Future: Museum Education and Global Citizenship at the National Museum of History of Azerbaijan” (“Keçmişin qorunmasından gələcəyin formalaşdırılmasına: Milli Azərbaycan Tarixi Muzeyində muzey təhsili və qlobal vətəndaşlıq”) mövzusunda təqdimatla çıxış edib.
S.Nəsirova çıxış zamanı muzeylərin yalnız mədəni irsin qorunması və nümayişi funksiyasını daşımadığını, eyni zamanda cəmiyyətin maarifləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi və qlobal vətəndaşlıq dəyərlərinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Təqdimat zamanı Milli Azərbaycan Tarixi Muzeyində həyata keçirilən təhsil və maarifləndirmə layihələri, məktəblilər və gənclər üçün təşkil olunan interaktiv proqramlar, ustad dərsləri, mühazirələr, inklüziv fəaliyyətlər və müxtəlif yaş qruplarını əhatə edən innovativ təşəbbüslər barədə ətraflı məlumat verilib.
Çıxış forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.Forumun tezisləri nəşr olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.