Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olub. O, 2020-cı il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən Müharibəsində iştirak edib. 30 noyabr 2021-ci ildə C.Bayramlı Xızı rayonunda Qaraheybət Təlim Mərkəzində helikopter qəzasında həlak olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Cavid Bayramlı ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhid Cavid Bayramlının Muzeyin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (kitel, şalvar, mərasim furajkası, isimlik, fotoşəkil, iki fəxri fərman, uçuşlara hazırlıq dəftəri,orden-medal plankası, aviaqarnitur (uçuş cihazı)) mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.