Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettasının süjeti gələcəyin parlaq müğənnisi Rəşid Behbudovun atası, tanınmış müğənni Məcid Behbudovun həyatında baş vermiş hadisədən götürülmüşdür.
Qarabağda Şuşa şəhərinin varlı tacirlərindən birinin oğlu olan Məcid özünə qəlin seçmək, evlənməzdən əvvəl onu görmək üçün arşın malçı qiyafəsini geyir. Həyətləri gəzərək öz malını təklif edən arşın malçı bir dəfə çar ordusunun generalı Abbasqulu Vəkilovun qızı ilə tanış olur və ona aşiq olur. Qız da öz növbəsində arşın malçını sevir. Generalın öz qızını sadə arşın malçıya verməyəcəklərindən qorxan Məcid və istəklisi qoşulub qaçırlar. O dövrdə Şuşada çox yayılmış bu əhvalat Üzeyir bəyin yaddaşında həkk olunmuşdur.
«Arşın mal alan» operettasının adı küçəbəküçə, həyətbəhəyət gəzib mal satan arşın malçıların çağırışından alınmışdır.
Operettanın yaradılması ilə bağlı bu və digər maraqlı faktlarla Milli Azərbaycan Tarixi Muzeyində mayın 19-dək fəaliyyət göstərəcək “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisində tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.