XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Aprel, 2013
Milli Azərbaycan Tarixi Muzeyinə “Molla Nəsrəddin” jurnalının nadir nömrələri hədiyyə olunmuşdur

Məhəmmədhəsən bəy BaharlıABŞ-da yasayan və Vaşinqton şəhərində mühəndis işləyən həmyerlimiz Məmmədov Fərhad Rüstəm oğlu Milli Azərbaycan Tarixi Muzeyinə dəyərli hədiyyə bağışlamışdır. Bu müsəlman Şərqinin ilk və ən populyar satirik jurnalı olmuş “Molla Nəsrəddin” jurnalının 1908-1909-cu illərə aid nömrələrinin cildlənmiş toplusudur.


Maraqlıdır ki, toplu vaxtikən görkəmli Azərbaycan iqtisadçı və etnoqrafı, hələ sağlığında “Azərbaycanşünas alim” adı ilə tanınan, Cümhuriyyət dövrünün görkəmli ziyalılarından olan, Sovet işğıalına qarşı gizli mübarizə aparan Azərbaycan Istiqlal Təşkilatının fəal üzvlərindən olan Məhəmmədhəsən bəy Baharlıya (1896-1937). M.H.Baharlı 1937-ci ildə güllələnəndən sonra onun kitabxanasındakı kitab və jurnallar qohumu Həsənov Mir Həsən Mir Əbdüləhəd oğluna qalmışdır. O, isə sonralar onları öz nəvəsi F.Məmmədova vermişdir.

Beləliklə, muzeyin fondları Azərbaycan tarixinin, milli mətbuatımızın daha bir yeni eksponatı ilə zənginləşmişdir.

 

 

“Molla Nəsrəddin” jurnalı

“Molla Nəsrəddin” jurnalı