Türk dilində nəşr olunaraq Türkiyədə yayımlanan “İrs-Miras” jurnalının son nömrəsində Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri S.Əhmədovun “Ağqoyunlu döyüşçülərinin zirehləri” (“Akkoyunlu askerlerinin zirhları”) adlı məqaləsi çap olunmuşdur
(“İrs-Miras” - 1(5) 2013, s. 38-43). Məqalədə Türkiyə və ABŞ muzeylərində qorunan və orta əsr Azərbaycan Ağqoyunlu dövlətində istehsal olunmuş müdafiə silahları – dəbilqələr, zirehlər, qolçaq və ayaqlıqlar barədə məlumat verilir. Dövrün miniatürləri vasitəsilə XV əsr Azərbaycan döyüşçülərinin silahlanma kompleksi təhlil olunur. Məqalədə müvafiq eksponatların fotoşəkilləri verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.