XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Aprel, 2013
“Arşın mal alan” operettası dünya səhnələrində

“Arşın mal alan” operettası dünya səhnələrindəÜ.Hacıbəyovun “Arşın mal alan” operettası dünya səhnələrində ən çox səhnələşdirilmiş tamaşalardandır. İndiyənədək operetta 76 ölkənin 187 teatrında tamaşaya qoyulub, o cümlədən Rusiyada – 28 şəhərdə, Polşada – 17 şəhərdə, Bolqarıstanda – 17 şəhərdə, Gürcüstanda – 16 şəhərdə, ABŞ-da – 13 ştatda, Çində - 8 şəhərdə və s. Operetta 1915-ci ildə maraqlı rekord qoymuşdur.


Belə ki, Tiflisdə operetta bir axşam ərzində 6 teatr səhnəsində 6 dildə (gürcü, azərbaycan, rus, aysor, ivrit, erməni) oynanılmışdır. “Arşın mal alan” adı heç vaxt tərcümə olunmayıb, bəzən afişalarda başlığın altında yerli dillərdə “Uğurlu evlənmənin resepti” və ya “Mal satıcısı” izahı əlavə olunurdu.

Milli Azərbaycan Tarixi Muzeyində davam edən “Arşın mal alan: dövr, insanlar, personajlar” sərgisində xaricdə sənləşədirilmiş operettanın afişa və fotoşəkilləri nümayiş olunur, həmçinin ilk dəfə olaraq tərtib olunmuş “Arşın malçı dünyanı gəzir” xəritəsində “Arşın mal alan” operettasının tamaşaya qoyulduğu ölkələr göstərilmişdir.