XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Aprel, 2013
Milli Azərbaycan Tarixi Muzeyi beynəlxalq turizm sərgisində təmsil olundu

MATM Beynəlxalq turizm sərgisindəAprelin 4-də “Bakı Ekspo” sərgi və toplantı mərkəzində “AİTF-2013” 12-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin rəsmi açılışı olmuş  sərgidə Milli Azərbaycan Tarixi Muzeyi təmsil olundu.


Belə ki, AR Mədəniyyət və Turizm Nazirliyinin stendində nəşrləri üçün yer ayrılmış Muzey Azərbaycan tarixi və mədəniyyətini təbliğ edən, həmçinin Muzeyin zəngin fondları və baxımlı ekspozisiyaları barədə məlumat verən kitablarını təqdim etmişdir. Sərginin qonaqları ən çox Azərbaycan və ingilis dillərində nəfis tərtib olunmuş “Bələdçi” (“Guides”), “Bələdçi (daş dövründən XX yüzilliyədək”), həmçinin “The Great silk way and Azerbaijan” və “Şirvanın bədii metalı” kitabarı ilə maraqlanmışlar. Muzey adından çap məhsullarını Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov təqdim etmişdir.

 

MATM beynəlxalq turizm sərgisində

MATM beynəlxalq turizm sərgisində