“Yol” elmi-populyar jurnalının növbəti nömrəsində Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovun tanınmış azərbaycan milyonçusu, xeyriyyəçilik işləri ilə xalqın hörmətini qazanmış Şəmsi Əsədullayev haqqında məqaləsi dərc olunub (Ф.Джаббаров. “Богатство, обернувшееся несчастьем», “Yol”, №1 (37), 2013, s.91-95).
“Bədbəxtliyə dönmüş varidat” adlı məqalədə Ş.Əsədullayevin həyatı, tədbirkarlıq fəaliyyəti, xeyriyyə işləri barədə məlumat verilir. Məqalədə sahibkarın sadə Bakı kəndlisindən Rusiya imperaiyasının ən varlı iş adamına qədər keçdiyi yol ətraflı göstərilir, milyonçunun var-dövləti barədə məlumat verilir, gördüyü xeyriyyə işləri işıqlandırılır. Tarixi sənədlərə əsaslanan müəllif Əsədullayevlə bağlı indiyənədək qaranlıq qalmış bir çox məqamlara aydınlıq gətirir. Məqaləyə indiyənədək dərc olunmamış fotoşəkillər, sənədlərin surətləri əlavə onunb.
Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.