Milli Azərbaycan Tarixi Muzeyi NETTY 2013-ün Azərbaycanın 9-cu Milli internet mükafatı uğrunda mübarizəyə qoşulmuşdur. Rəsmi startı aprelin 3-də baş verən müsabiqə hər il təsbit olunmuş 12 nominasiyalardan 12 ən yaxşı milli saytları müəyyən edir.
NETTY-in milli İnternet-mükafatı - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır. Ən yaxşı Azərbaycan veb-layihələrini, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edən və mükafatlandıran Mükafat öz mövcudluğu illəri ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirin reputasiyasını əldə etdi. Bu il də, əvvəllər olduğu kimi, müsabiqə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.
NETTY 2013-ün keçirilmə şərtlərinə müvafiq olaraq saytların, layihələrin- müsabiqə iştirakçılarının qeydiyyatına ərizələrin qəbulu 2013-cü ilin 3 apreldən cari ilin 31 mayına qədər davam edir. 1 iyundan 11 iyunadək NETTY2013 nominantlarının müəyyən edilməsi üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilir. 12 iyunda, Ekspert şurasının və Virtual münsiflər heyətinin (şura hər nominasiyada üç nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantların yekunlaşdırılmış seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın tək qalibini müəyyən edir. Göstərilən dövr çərçivəsində həmçinin yarışdan kənar hörmətli və həvəsləndirici nominasiyalar üzrə Akademiyanın səsverməsi keçirilir. NETTY2013 nominasiyalarının finalçıları rəsmən təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı - NETTY heykəlciyi qaliblərə təntənəli surətdə verilir.
Mükafat barədə ətraflı məlumat www.netty.az saytında yerləşdirilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.