XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Aprel, 2013
“Arşın mal alan”ın kino taleyindən maraqlı faktlar

“Arşın mal alan” filmi 1945-ci ildə yeni çəkilən “Arşın mal alan” filmi Moskvada bədii şura üzvlərinin tənqidinə məruz qaldı: “Bu filmi çəkərkən siz hansı məqsədi güdürdünüz?”, “Siz demək istəyirsiniz ki, inqilabdan əvvəlki həyat ekranda göründüyü kimi gözəl idi?”, “Bu burjua həyat tərzinin təbliği deməkdir”.


Yalnız görkəmli rejissor Sergey Eyzenşteyn qeyd etdi: “Film çox yaxşıdır. Sadəlik onun qüsuru deyil, üstünlüyüdür. Xalq filmi bəyənəcək və sevəcək”. Mübahisələrə Stalinin fikri son qoydu: ölkə başçısı filmə böyük maraqla üç dəfə dalbadal baxdı, güldü, və dedi: “Çox yaxşı, xalqa lazım olan filmdir, qəhrəmanları da gözəldirlər”. Film SSRİ-nin 30-50-ci illərində ən nüfuzlu mükafatı olan Stalin Mükafatına layiq görüldü. Aktyorların təltif siyahılarında Rəşid Behbudovun adını görməyəndə Stalin soruşdu: “Bəs o yaraşıqlı oğlanın adını niyə görmürən?” və özü onun adını təltif siyahısına yazdı. 1945-ci il filmi ekranlara çıxan kimi ay-yarım ərzində ona SSRİ-də 16 milyon tamaşaçı baxdı. 1946-1948-ci illərdə film büdcəyə 5 milyard rubl gətirdi. Filmin qazandığı valyutanın məbləği isə dövlət sirri olduğundan bəyan olunmamışdı. 1945-ci il “Arşın mal alan” filmi 86 dilə dublyaj olunmuş, 136 ölkədə nümayiş edilmişdir. 1945-ci il “Arşın mal alan” filmi Çinin o zamankı lideri Mao Tsedunun çox xoşuna gəlmiş və o, Rəşid Behbudovu Çinə qastrollara dəvət etmişdir. 3 aylıq qastrollar zamanı Behbudovun konsertlərində 8 milyon tamaşaçı iştirak etmişdir. Mao Tsedun “Arşın mal alan” filminin Çin variantını çəkməyi əmr etdi və belə film “Örpək altında məhəbbət” adı ilə çəkildi (çinlilər çadraya örpək deyirdilər). “Arşın mal alan” operettasının 5-ci dəfə ekranlaşdırılması 1965-ci ildə çəkildi: “Azərbaycanfilm” kinostudiyasında rəngli musiqili “Arşın mal alan” filmi çəkilmişdir. 1995-ci ildə dünya kinosunun 100 illiyi ilə əlaqədar keçmiş SSRİ məkanında sosioloji sorğu keçirilmiş və SSRİ tamaşaçılarının ən sevimli 100 filmindən ibarət siyahı tərtib olunmuşdur. “Arşın mal alan” filmi siyahıda birinci yerlərdən birini tutmuşdur.