XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Aprel, 2013
H.Z.Tağıyev klubunun ilk iclası keçirilmişdir

H.Z.Tağıyev klubuMilli Azərbaycan tarixi Muzeyində yaradılmış H.Z.Tağıyev klubunun ilk iclası keçirilmişdir. Görkəmli Azərbaycan milyonçu və xeyriyyəçi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin öyrənilməsi və təbliğ olunmasının qarşsına məqsəd kimi qoymuş kluba müxtəlif yaş qrupları və peşə sahibləri olan vətəndaşlarımız yazılmaqda davam edir.


Klubun ən kiçik yaşlı üzvlərinin ilk iclasında əsasən Azərbaycan Uşaq və Gənclərinin Sülh şəbəkəsinə daxil olan şagirdlər iştirak etmişlər. Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov uşaqlara H.Z.Tağıyevin həyat və fəaliyyəti, onun örnək ola biləcək həyatının ən parlaq səhifələri barədə danışmışdır. Natiq Muzeydə Tağıyevlə bağlı aparılan tədqiqat işləri barədə məlumat verərək onun, həmçinin Azərbaycanın digər xeyriyyəçi şəxsiyyətlərin xalqın rifahı yolunda gördükləri işlərin təbliğ olunmasının vacibliyini xüsusi vurğulamışdır. Sonda F.Cabbarov uşaqların suallarına cavab vermişdir. H.Z.Tağıyev klubunun iclasları mütəmadi olaraq ayda iki dəfə olaraq keçiriləcək. Yaşından fəqli olmayaraq kluba hər bir şəxs üzv yazıla bilər.

H.Z.Tağıyev klubuH.Z.Tağıyev klubu