XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Aprel, 2013
Muzey əməkdaşı arxeoloji kəşfiyyatda iştirak etdi

Nasir Quluzadə  kəşfiyyat səfərində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d. Nasir Quluzadə 12-14 aprel 2013-cü il tarixlərində Ağdam və Ağcabədi rayonlarında kəşfiyyat səfərində olmuşdur.


O, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası”nın rəisi t.ü.f.d. Xəqani Alməmmədovla birlikdə kəşfiyyat axtarış işləri zamanı 22 abidə qeydiyyata almış, elektron xəritəyə daxil etmişdir. Səfər zamanı qeydiyyata alınmış Alıbəyli qəbirstanlığı, Yovşanlı təpə, Qətltəpə, Məktəbtəpə, Ədiltəpə, Xudutəpə-1, Xudutəpə-2, Xudutəpə-3, Xudutəpə-4, Qəbirstanlıqtəpə, Bağçatəpə, Yanıqtəpə, Köpəktəpə, Kəruztəpə və Yolaşantəpə abidələrindən saxsı qab hissələrindən, dəvəgözündən və daş məmulatından ibarət yerüstü material toplandı. Müəyyən olunmuşdur ki, bu abidələrin əksəriyyəti neolit-eneolit dövrünə aid yaşayış məskənləridir. Toplanmış materialların gələcək arxeoloji qazıntılar üçün əsas olacağı gözlənilir.