XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Aprel, 2013
Aprelin 18-də Muzeydə elmi konfrans öz işinə başlayacaq

Milli Azərbaycan Tarixi Muzeyi18-19 aprel 2013-cü il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı keçiriləcək.


Konfransda Heydər Əliyev və Azərbaycanda muzey işi, muzeylərdə elmi fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi; muzey pedaqoqikası və tarixi tədqiqatlar; Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri kimi problemlərin müzakirəsi nəzərdə tutulub.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı respublikanın 9 digər aparıcı muzeylərinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm İnstitutunun 50-ə yaxın əməkdaşlarının məruzələri dinlənəcək.