Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri aprelin 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonaqlar muzeyin ekspozisiya zalında Azərbaycanın qədim dövrlərdən başlayan dair maddi-mədəniyyət nümunələrinə baxmışlar. Burada nümayiş etdirilən müxtəlif dövrlərə aid silahlar, sənətkarlıq nümunələri, əski kitablar və əlyazmalar qonaqların diqqətini cəlb etmişdir. Muzeydə nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Sonra qonaqlar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşlar. Nümayəndə heyətinə müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı olmuş Hacı Zeynalabdin Tağıyev haqqında məlumat verilmişdir. Xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar indoneziyalı qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.