XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Aprel, 2013
Muzeylər və muzey işinə həsr olunmuş konfrans öz işini davam etdirir

Milli Azərbaycan Tarixi Muzeyi2013-cü il  aprelin 19-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransı öz işini davam etdirmişdir. İki seksiyada keçən müzakirələrdə Azərbaycan tarixi, Azərbaycanda muzey işi ilə bağlı məruzlərə dinlənilmişdir.


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, t.e.d. Vəfa Quliyeva və idarənin sektor müdiri, t.e.d. Kamil İbrahimovun sədrliyi ilə keçirilən 1-ci seksiyada “Azərbaycan tarixinin təbliğində İçərişəhər abidələrinin əhəmiyyəti”, “Səttar Bəhlulzadənin ev-muzeyinin yeni ekspozisiyasının qurulması təcrübəsindən”, “Azərbaycan tarixinin təbliğində muzeylərin rolu (İçərişəhər abidələri əsasında)”, “Muzey fondlarındakı nümunələrin bəzi təqdimat və təbliğat üsulları”, “Azərbaycan tarixinin öyrənilməsində Milli Azərbaycan Tarixi Muzeyinin rolu (ekpozisiya materialları əsasında)”, “Milli Azərbaycan Tarixi Muzeyinin mühafizə olunan şəxsi mükafatlar haqqında”, “Hər muzey – mədəniyyətimizin, tariximizin yeni bir səhifəsi”, “Milli  Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası orta əsr silah nümunələrinin öyrənilməsində mənbə kimi”, “H.Z.Tağıyev mülkünün iki zalının daxili tərtibatında aşkar edilən rəmzlər haqqında”, “Muzeylərdə bioloji nəzarət”, “”Azərbaycan tarixi dövlət və hakimiyyət atributlarının təbliğində MATM-nin rolu” mövzularında dinlənilən məruzələr müzakirə obyekti olmuşlar. Milli  Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.e.d.) Nərgiz Əliyeva və AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin rəhbərlik etdikləri 2-ci seksiyada  “Multimedia vasitələri ekspozisiya işində səmərəli təbliğat metodu kimi”, “Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri”, “Muzey pedaqogikasında  kommunikativ vasitələr”, “Azərbaycan əlyazmaları və təzhib sənəti”, “Azərbaycanda  neft sahəsi üzrə muzeyin yaradılması layihəsi və onun perspektivləri”, “Azərbaycan muzey saytları”, “Tarixi diyarşünaslıq biliklərinin aşılanmasında məktəb muzeylərinin rolu”, “Muzeylərin ali məktəb müəssisələri ilə qarşılıqlı əlaqəsi”, “Azərbaycan Milli  İncəsənət Muzeyi bədii  irsimizin baş saxlancıdır”, “Muzey pedaqoğikasına fənlərin vəhdəti baxımından yeni yanaşma”, “Muzey işinin tədqiqində pedaqogikanın rolu”, “Mənəvi mədəniyyətin öyrənilməsində Milli  Azərbaycan Tarixi Muzeyinin rolu” mövzusunda məruzələr böyük maraq doğurmuşlar.

Günün sonunda konfransın işinə yekun vurulmuş, dinlənilmiş məruzələrin qısa müddət ərzində toplu şəklində çap olunacağı vurğulanmışdır.

Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Tarixi Muzeyi