XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Aprel, 2013
Muzeyin fondları yeni eksponatla zənginləşib

qaracilalı bardaqMuzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d. Nasir Quluzadənin 12-14 aprel 2013-cü il tarixlərində Ağdam və Ağcabədi rayonlarında kəşfiyyat səfərində olduğu zaman unikal eksponat əldə olunmuşdur.


Belə ki, Ağcabədi rayonunun İmamqulubəyli kənd sakinləri tərəfindən təsərrüfat işləri zamanı təsadüfən aşkar olunmuş qədim dövr keramika nümunəsi arxeoloqlar tərəfindən təhvil alınmışdır. Qiymətli tapıntı Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna təhvil verildi. Qabın hündürlüyü – 26 sm, ağzının diametri – 8 sm, gövdəsinin diametri – 25 sm, oturacağının diametri – 11 sm. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, qiymətli tapıntı son tunc və erkən dəmir dövrünə aid qaracilalı bardaqdır.