UNESCO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. UNESCO məhz bu günü dünya şöhrətli dramaturqlar Uilyam Şekspirin (1564-1616), Migel de Servantesin (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın (1539-1616) şərəfinə müəyyənləşdirmişdir.
Belə ki, hər üç yazıçını onların ölüm tarixi - 23 aprel 1616-cı il rəqəmi birləşdirir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli Sərəncamının böyük əhəmiyyəti olmuşdur. Azərbaycanın bugünkü müəllif hüququ müasir informasiya, ilk növbədə rəqəmli texnologiya və multimedia kompyuter sisteminə əsaslanır. İlk dəfə olaraq Azərbaycan müəlliflərinə könüllü olaraq öz əsərlərini əlyazmasından başlayaraq CD ROM-lara qədər hər hansı maddi daşıyıcıda qeydiyyatdan keçirmək, Dövlət reyestrinə daxil etmək, kompyuterdə saxlamaq və arxivləşdirmək imkanı yaradılmışdır. Əsərlərini qeydiyyatdan keçirən müəlliflərə “Qeydiyyat haqqında Şəhadətnamə” verilir. Agentliyin kompyuter-TV-video-akustik sistem-skaner şəklində komplektləşdirilmiş multimediya sistemi radio-televiziya efirinin monitorinqini həyata keçirməyə, intellektual mülkiyyətin statistikası və müəllif - hüquq pozuntularının diaqnostikasının müxtəlif məsələlərini həll etməyə imkan verir. Son illər Azərbaycan rəhbərliyinin uzaqgörən daxili və xarici siyasəti nəticəsində müəllif-hüquqları sahəsində ölkəmizin beynəlxalq əlaqələri genişlənmiş, o, bir sıra Konvensiya və beynəlxalq təşkilatların üzvü olmuşdur. Azərbaycan 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür. Ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasına və Müəllif hüququ haqqında Ümumdünya Konvensiyasına daxil olmuşdur. Bir sıra digər ikitərəfli və çoxtərəfli müqavilələrin iştirakçısıdır. Dünyada “Ümumdünya kitab və müəllif hüquqları günü” mövzusunda tədbirlər 1996-cı ildən, Azərbaycanda isə 2001-ci ilin 23 aprel tarixindən keçirilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.