“Xəzər” Universitetinin “Xəzər-xəbər” (“Khazar-review”) elmi-kütləvi, ədəbi-publisistik toplusunun növbəti nömrəsində Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunmuş “Arşın mal alan: dövr, insanlar, personajlar” adlı sərgi barədə məlumat çap olunmuşdur.
Məlumatda sərginin məqsəd və tərkibi, həmçinin açılış mərasimi barədə müfəssəl xəbər verilmişdir. Qeyd etmək lazımdır ki, sərginin açılış mərasimində Universitetin Musiqi və incəsənət departamentinin müdiri Zülfiyə Sadıqovanın rəhbərliyi ilə xor kollektivi, qızlardan ibarət rəqs ansamblı, həmçinin solistlər G.Səbzəliyeva, E.Əliyev, S.Musabəyli Azərbaycan və ingilis dillərində operettadan musiqi parçaları ifa etmiş, həmçinin tədbirdə qonaq qismində Universitetin Tarix və arxeologiya departamentinin müdiri Roza Arazovanın rəhbərliyi ilə tələbələr qrupu iştirak etmişdir.
Məlumatla saytın “Muzey KİV-də” bölümündə tanış olmaq olar.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.