24 aprel 2013-cü il tarixdə AMEA Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirildi. Öncə AMEA Rəyasət Heyətinin üzvləri, bir sıra institut və təşkilatlarının rəhbərləri Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və digər görkəmli elm xadimlərinin məzarlarını ziyarət etdilər, onların unudulmaz xatirələrinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq məzarları üzərinə tər gül dəstələri qoydular, ruhları qarşısında baş əydilər.
Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AR Milli Məclisinin nümayəndələri, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. AMEA Rəyasət Heyətinin binasının foyesində AMEA-nın elmi-tədqiqat institutlarının fəaliyyətini əks etdirən sərgi nümayiş etdirildi. Tədbirdən öncə 2012-ci ildə dünyasını dəyişmiş AMEA-nın doqquz üzvünün xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə AMEA-nın 48 həqiqi üzvündən 44-nün, 90 müxbir üzvündən 84-nün iştirak etdiyini, yığıncağın gündəliyinə üç məsələnin - AMEA-nın ötən ildəki fəaliyyəti haqqında hesabat, AMEA prezidentinin seçkisi və AMEA Rəyasət Heyətinin seçilməsinin daxil edildiyini bildirdi. Gündəlik səsə qoyularaq təsdiq edildi. AMEA-nın elmi institutlarının fəaliyyətindən, ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan akademik Akif Əlizadə uğurla yola saldığımız 2012-ci ilin ölkəmizin həyatında əlamətdar hadisələrlə zəngin olduğunu, irimiqyaslı quruculuq işləri və nəhəng infrastruktur layihələrin həyata keçirildiyini, respublikamızın davamlı inkişafını təmin edən bütün sahələrdə, o cümlədən elm sahəsində böyük uğur və nailiyyətlərin əldə edildiyini qeyd etdi. O bildirdi ki, AR Prezidenti cənab İlham Əliyev elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 2012-ci ildə Azərbaycanda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətlərində bir sıra mühüm qərarlar qəbul etmişdir. Bütövlükdə ölkə başçısının AMEA-ya, elm, təhsil və mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı AMEA-nın fəaliyyətinə müsbət təsir göstərmiş, elmin inkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsini daha da sürətləndirmişdir. Tədbirdə AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev AMEA-nın 2012-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat məruzəsi ilə çıxış etdi. O, 2012-ci ildə AMEA-nın fəaliyyətini “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətinə yönəltdiyini diqqətə çatdırdı. V.Fərzəliyev bildirdi ki, hesabat ilində Akademiyanın elmi müəssisələrində 159 problem üzrə elmi-tədqiqat işləri aparılmış və 150 mühüm elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar əlaqələndirilmiş, onların yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı AMEA-ya təqdim etmişlər. Bildirildi ki, AMEA ötən il 10 Dövlət Proqramının yerinə yetirilməsində iştirak etmişdir. AMEA müəssisələri 93 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirmiş,bu işlərin 48-nin tətbiqi başa çatmışdır. Akademiyanın elmi müəssisələri tərəfindən ötən il 50-yə yaxın Azərbaycan patenti və 5 xarici ölkənin patentləri alınmışdır. Azərbaycan patentini almaq üçün 56 iddia sənədi verilmişdir. Akademiyanın alimləri tərəfindən 550 kitab və monoqrafiya, 7300-dən artıq məqalə nəşr olunmuşdur. AMEA Rəyasət Heyətinin və Ali Attestasiya Komissiyasının mətbu orqanı olan “Elm” qəzetinin hesabat ilində 40 nömrəsi çapdan çıxmışdır. Akademiya 67 respublika və 40 beynəlxalq səviyyəli elmi konfrans keçirmişdir. V.Fərzəliyev qeyd etdi ki, hazırda AMEA-nın tərkibi 52 həqiqi və 100 müxbir üzvdən ibarətdir. AMEA elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9950 nəfərdir. Elmi işçilərin sayı 4686 nəfər, o cümlədən 535 nəfəri elmlər doktoru, 2042 nəfəri isə fəlsəfə doktorudur. 2012-ci ildə doktoranturaya 274 nəfər (126 əyani və 148 qiyabi) doktorant qəbul olunmuşdur. Hazırda doktorantların ümumi sayı 569 nəfərdir (300 əyani, 269 qiyabi). Əyani doktoranturaya 10 nəfər xarici vətəndaş qəbul olunmuşdur. Qeyd edildi ki, hesabat ilində AMEA Rəyasət Heyətinin 18 iclası keçirilmişdir. AMEA-nın fəaliyyətinin, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi və s. məqsədilə bir sıra qərarlar qəbul edilmiş və konkret tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti tərəfindən ötən il imzalanmış bir sıra sərəncamların icrası ilə bağlı Rəyasət Heyəti müvafiq qərarlar qəbul etmişdir. Görülmüş işlər barədə hesabatlar hazırlanıb Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. Respublika Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar AMEA prezidentinin müvafiq sərəncamları ilə dörd gənc alim ixtisasartırma kursu keçməsi üçün Avropanın elmi mərkəzlərinə göndərilmişdir. Bildirilmişdir ki, hesabat ilində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Azərbaycanda aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsini həyata keçirmiş, 2013-cü ildə aparılacaq elmi tədqiqat işlərinin planlarının hazırlanması və digər təşkilati məsələlər yerinə yetirilmişdir. Hazırda respublikadakı bütün elm və təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən elmin müxtəlif istiqamətləri üzrə 30 problem şurası fəaliyyət göstərir. Məruzəçi bildirdi ki, hesabat ilində AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə elmi əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmış, bəzi beynəlxalq təşkilat və elmi mərkəzlər ilə əməkdaşlıq davam etdirilmişdir. Xarici ölkələrin alimləri və elmi təşkilatlarının nümayəndələri, mədəniyyət və siyasət xadimləri AMEA-nın və təşkilatlarının qonağı olmuş, Rəyasət Heyətində görüşlər keçirilmişdir. Ötən il AMEA-nın 875 əməkdaşı müxtəlif xarici ezamiyyətlərdə olmuşdur. Çıxışının sonunda V.Fərzəliyev nailiyyətlərlə yanaşı həyata keçirilə bilməyən işlərin olduğunu vurğuladı, alimləri narahat edən problem və nöqsanlardan da danışdı. Məruzə ilə bağlı müzakirələrdə çıxış edən akademiklər Ə.Əmiraslanov, İ.İbrahimov, T.Əliyev, A.Məhərrəmov, İ.Hacəyev, T.Bünyadov, V.Məmmədəliyev son zamanlar AMEA-da geniş miqyasda aparılan elmi-tədqiqat işlərindən, əldə olunan nəticələrdən və onların təcrübəyə tətbiqindən söhbət açdılar. AMEA-nın 2012-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edildi, hesabat yekdilliklə təsdiq edildi. Sonra AMEA-nın prezidenti vəzifəsinə seçkilər oldu. Akademik Ədilə Namazova çıxış edərək görülmüş işlərdən danışdı, Akif Əlizadənin namizədliyini dəstəklədi. Gizli səsvermə nəticəsində akademik Akif Əlizadə yekdilliklə AMEA-nın prezidenti seçildi. AMEA-nın yeni prezidenti, akademik Akif Əlizadə qarşıdakı dövr üçün fəaliyyət proqramı ilə əlaqədar çıxış etdi, göstərilən yüksək etimadı doğruldacağına söz verdi. 50 ildən artıqdır akademiya sistemində çalışdığını söyləyən A.Əlizadə oktyabr ayında keçiriləcək prezident seçkilərində hamının cənab İlham Əliyevə səs verəcəyinə əmin olduğunu vurğuladı. Sonra AMEA Rəyasət Heyətinin tərkibi seçildi. Akademiklər A.Hacıyev, İ.Quliyev, İ.Həbibbəyli, T.Nağıyev AMEA-nın vitse-prezidenti, AMEA-nın müxbir üzvü R.Əliquliyev isə akademiyanın akademik-katibi seçildi.
Səsvermə yolu ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bğlməsinə akademik Akif Hacıyev, Kimya Elmləri Bölməsinə AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev, Humanitar və İctimai Elmlər Bölməsinə AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Yer Elmləri Bölməsinə AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Biologiya və Tibb Elmləri Bölməsinə akademik Əhliman Əmiraslanov, Aqrar Elmlər Bölməsinə akademik Qərib Məmmədov akademik-katib seçildi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.