XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Aprel, 2013
Elmi nəşrlərin biblioqrafik göstəricisi çap olunmuşdur

elmi nəşrlərAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müstəqillik illərində nəşr olunmuş elmi nəşrlərinin annotasiyalı biblioqrafik göstəricisi çap olunmuşdur.


AMEA-dan AzərTAc-a bildirmişlər ki, akademiyada çalışan alimlərin, görkəmli elm və mədəniyyət xadimlərinin müstəqillik illərində müxtəlif sahələr üzrə apardıqları tədqiqatların nəticələrini əks etdirən kitab, monoqrafiya, elmi toplu və digər materiallar biblioqrafik göstəricidə toplanmışdır. Müstəqil Azərbaycanda elmin surətli inkişafını, problem və uğurlarını həm analitik, həm də bibliometrik nöqteyi-nəzərdən elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına çatdırmaq məqsədilə çap olunmuş göstərici sistemli şəkildə və annotasiya ilə təqdim olunmuşdur.