Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən H.Z.Tağıyev klubunun növbəti məşqələsi keçirilmişdir. Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov uşaqlara H.Z.Tağıyevin uşaqlıq və gənclik illərindən danışmış, onun min əziyyətlərə qatlaşaraq XIX əsrin sonlarında Azərbaycanda olan mürəkkəb ictimai-siyasi şəraitdə sadə fəhlələlikdən sahibkara çevrilməsi yolundan məlumat vermişdir.
Natiq Muzeydə Tağıyevlə bağlı qorunan eksponatlar barədə məlumat verərək görkəmli milyonçu və xeyriyyəçi ilə bağlı araşdırmaların bu gün də davam etməsini qeyd etmişdir. Sonda F.Cabbarov uşaqların suallarına cavab vermişdir. H.Z.Tağıyev klubunun iclasları mütəmadi olaraq ayda iki dəfə olaraq keçiriləcək. Yaşından fəqli olmayaraq kluba hər bir şəxs üzv yazıla bilər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.