XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Aprel, 2013
Muzeyin elmi şurasının iclası keçirilmişdir

Milli Azərbaycan Tarixi MuzeyiMilli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı hazırda Muzeyin kollektivi qarşısında dayanan məsələlər barəsində məlumat vermiş, bu məsələlərin həllində tarix elminin müasir nailiyyətlərinin, muzeyşünaslığın ən son nailiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdır.


Elmi Şurada aşağıdakı məslələr müzakirə olunmuşdur: Muzeyin çapa hazırlanan yeni nəşrlərinin, ilk növbədə kataloqların, hazırlıq işlərinin vəziyyəti; Muzeyin kolleksiyasında olan xəritələrin sayının və çeşidlərinin artmasının nəzərə alaraq Muzeyin Sənədli Mənbələr Fondu nəzdində Xəritələr sektorunun yaradılması; Sənədli Mənbələr Fondunda eksponatların pastportlaşma işinin sürətləndirilməsi üçün görülən tədbirlər; Muzey əməkdaşlarının doktorluq və namizədlik dissertasiyalarının cari vəziyyəti, yeni elmi məsləhətçi və rəhbərlərin təyin olunması; nəzərdə tutulmuş sərgi və tədbirlərin hazırlıq işləri; cari məsələlər.