Aprelin 30-da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının birgə səyləri ilə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın rəhbərliyi ilə ombudsman təşkilatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Səbayıl təşkilatının sədri Zahid Qaralovun rəhbərliyi ilə partiyanın fəalları, millət vəkilləri, Azərbaycan Milli Elmər Akademiyasının Rəyasət Heyətinin üzvləri, respublikanın tanınmış tarixiçi, arxeoloq, etnoqraf və şərqşünas alimləri iştirakı gözlənilir.
Muzeyin konfrans zalında gün ərzində ulu öndərə həsr olunmuş sənədli filmlər nümayiş olunmuş və mahnılar səsləndiriləcək. Muzeyin Konfrans zalında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab, broşür və jurnalların sərgisi təşkil olunub. Konfrans zalındakı ekranlarda “Heydər Əliyev - mədəniyyətin hamisi” adlı film, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” və “Heydər Əliyev və Muzeylərimiz” adlı slayd-filmlər nümayiş olunacaq
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədri Səlahəddin Xəlilov, Yeni Azərbaycan Partiyası Səbayıl rayon təşkilatının sədri Zahid Qaralov, digər natiqlərin Heydər Əliyevə həsr olunmuş məruzələr oxuyacaq, çıxışlar edəcəklər.
Tədbirin bədii hissəsində AR Silahlı Qüvvələri Təlim-Tədris Mərkəzinin solisti Cəlal Kərimovun, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin, Azərbaycan uşaq və gənclərin Şülh şəbəkəsi üzvlərinin ifasında H.Əliyevə həsr olunmuş bədii kompozisiya və musiqi nömrələri göstəriləcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.